Ana Sayfa > Xəbər > Söyüşü efirə buraxılan veriliş Əliyev qardaşlarınındır

Söyüşü efirə buraxılan veriliş Əliyev qardaşlarınındır


1-07-2015, 15:24. Yazar: admin
Söyüşü efirə buraxılan veriliş Əliyev qardaşlarınındır
Dünən “Speys” TV-nin efirində “Günaydın” verilişi zamanı işlədilən qeyri-etik sözlər mətbuatda rezonans doğurub.

Telekanaldan Axar.az-a verilən məlumata görə, müğənni və şairin bir-birini təhqir etdiyi bu veriliş “SOY prodakşn”a məxsusdur (“SOY prodakşn” Oqtay Əliyev və Elçin Əlibəylinindir).

Məsələ ilə bağlı Elçin Əlibəylinin münasibətini verməyə hazırıq.

Xatırladaq ki, ötən gün “Speys” telekanalında yayımlanan “Günaydın” verilişində ifaçı Mətanət Əsədova ilə Əziz Musaoğlu arasında xoşagəlməz hallar yaşanıb. Tərəflər efirdə bir-birinə qarşı biabırçı səviyyədə olan qeyri-etik sözlər işlədib.

Geri dön