Ana Sayfa > Xəbər > Dələduz məhkəmə zalında həbs edildi
Dələduz məhkəmə zalında həbs edildi18-03-2015, 12:01. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Etibar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının qərarı ilə E. Əliyev barəsində seçilmiş ev dustaqlığı dəyişdirilərək, həbs-qəti imkan tədbiri seçilərək , 7il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib. Qeyd edək ki, Etibar Əliyev Bakıda bir neçə şəxsin nüfuzunu qazanıb. O, kirayəyə götürdüyü məişət əşyaları sataraq dələduzluq edib. Geri dön |