Ana Sayfa > Xəbər > ABŞ səfiri Avropa Oyunlarını bəyənib
ABŞ səfiri Avropa Oyunlarını bəyənib1-07-2015, 10:48. Yazar: admin |
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri yaxın vaxtlarda baş tutmalıdır. Amma dəqiq tarix barədə heç bir məlumatım yoxdur”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta jurnalistlərə açıqlamasında deyib. Səfir bildirib ki, həmsədrlər I Avropa Oyunlarının açılış mərasimində iştirak edərkən yaxın vaxtlarda regiona səfər etmək məsələsini müzakirə ediblər. “Mən həm də I Avropa Oyunlarını izlədim. Oyunlar çox yüksək səviyyədə təşkil olunmuşdu. Ən çox da uşaqlıqda məşğul olduğum voleybol yarışlarını izlədim, çox xoşuma gəldi. Könüllülərin işi məni çox heyran etdi. Mükəmməl iş gördülər və ölkəni çox yüksək səviyyədə təmsil etdilər”, deyə səfir bildirib. Geri dön |