Ana Sayfa > Xəbər > Ərdoğan ölümdən belə xilas edildi - Şok hesabat

Ərdoğan ölümdən belə xilas edildi - Şok hesabat


1-07-2015, 10:19. Yazar: admin
Ərdoğan ölümdən belə xilas edildi - Şok hesabat
Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanı ölümdən xilas edib.

Axar.az xəbər verir ki, bu haqda məlumat özünü Türkiyənin Baş Polis İdarəsinin “Paralel quruluş” (dövlət içində dövlət) ilə bağlı hazırladığı hesabatda yer alıb.

“Sabah” qəzetinin əldə etdiyi hesabatda Fətullah Gülənin ən yaxın adamlarından biri olan və adı açıqlanmayan şəxsin ifadələrinə yer verilib.

Həmin şəxsin sözlərinə görə, Ərdoğan xəsətələndiyi zaman Gülən camaatına aid xəstəxanaya aparılıb. Bundan xəbər tutan Hakan Fidan tez bir zamanda xəstəxanaya gələrək, əməliyyata mane olub və Ərdoğanı ölümdən xilas edib.

Geri dön