Ana Sayfa > Xəbər > Deputatla Şəmkirin icra başçısının qovğası qızışdı
Deputatla Şəmkirin icra başçısının qovğası qızışdı18-03-2015, 11:38. Yazar: admin |
Etibar Hüseynov Şəmkirin rəhbərini “Bu şəhərdə”nin konsertinə sponsorluqda ittiham etdi, başçı müavininin verdiyi cavab isə aranı yenidən qarışdırdı Deputat Etibar Hüseynov doğulduğu Şəmkir rayonunun icra başçısını “topa tutub”. O, Alimpaşa Məmmədovun fəaliyyətindən narazılığını özünün facebook səhifəsində yazıb. Sitat: “Bir sıra hüzr məclisləri ilə bağlı 3 gündür ki, Şəmkirdəyəm. Harada oturursan camaat bazar günü rayon mərkəzində keçirilən ”Bu şəhərdə”nin konsertindən danışır. Məlum olur ki, sən demə, yeni icra başçısı KVN və “Bu şəhərdə”nin qatı pərəstişkarıymış və konserti də şəxsən özü təşkil eləyib. Çox maraqlıdır ki, gecə-gündüz reklam olunmasına baxmayaraq, kassalarda bircə bilet belə satışa çıxarılmayıb. Bütün biletlər Alimpaşa müəllimin tərtib elədiyi siyahı əsasında büdcə təşkilatlarına paylanıb. Bəlkə də bütün bunlara əhəmiyyət verməmək də olardı. Ancaq biləndə ki, yeni başçı “Bu şəhərdə”nin konserti ilə əlaqədar (başı möhkəm qatışıq olduğuna görə) 10 gündür ki, heç kəsi qəbul eləmir… Bax bu hal təəssüf doğurur”. Deputatın tənqidlərinə Şəmkir RİH-dən cavab verilib. İcra başçısının müavini Sona Əliyeva modern.az-a deyib ki, konsertə xərclənən vəsaitin A.Məmmədova heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, heç də “Bu şəhərdə”nin konsertinin baş tutması üçün bilet satışı olmayıb. “Çünki ”Bu şəhərdə”nin təşkilatçısı “Synergy” MMC qrup konsertin dəvətnamə ilə təşkil olunmasını məsləhət görüb. Eyni zamanda konsertdə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov iştirak edə bilməyib. Ona görə də martın 16-da rayonun “Bayraq meydanı”nda əhali üçün pulsuz ikinci konsert buraxılışı keçirilib. İcra başçısı Alimpaşa müəllim konsert buraxılışında iştirak edəcək. Şəmkirdə “Bu şəhərdə”nin konsertinin baş sponsoru və bütün təşkilatı məsələlər “Synergy” MMC qrupa aiddir. Bu konsertə icra başçısı heç bir vəsait xərcləməyib”. E.Hüseynov isə yenidən facebookda verilən cavaba münasibət bildirib: “Bir sıra saytlarda Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun mənə cavabı dərc olunmuşdu. Düzü, həmin açıqlamanı telefonla mənə oxuyanda qulaqlarıma inanmadım. Çünki başçı olan kəsin bu dərəcədə ”quş” buraxacağı ağlasığmaz idi. Ona görə də yazını “kopi” edib saxlamaq tapşırığı verdim. Fəqət ehtimallarım özünü doğrultdu. Üstündən heç 1 saat keçməmiş başçı yayımladığı açıqlamaların hamısını saytlardan yığışdırtdı. Amma köməkçilərim imkan edib həmən yazıları “kopi” edib saxlayıblar. Həmən cavabları və Alimpaşa Məmmədovun öz açıqlamasını hansı səbəbə görə yığışdırmasını açıqlayacağam”. Deputatın telefonu bağlı olduğu üçün özü ilə danışmaq mümkün olmadı. Geri dön |