Ana Sayfa > Xəbər > Məsciddən nəzir qutusunu oğurladı - VİDEO

Məsciddən nəzir qutusunu oğurladı - VİDEO


30-06-2015, 12:42. Yazar: admin
Məsciddən nəzir qutusunu oğurladı - VİDEO
Türkiyənin Kayseri şəhərinin Hacı Ahmet Özkan məscidində oğurluq hadisəsi baş verib. Dünən axşam iftar zamanı baş verən oğurluq məsciddə yerləşdirilmiş təhlükəsizlik kamerasında əks olunub. Orta yaşlı bir kişi məsciddə heç kimin olmadığına əmin olduqdan sonra içərisində 1500 türk lirəsi olan nəzir qutusunu götürərək, aradan çıxıb. Axşam namazına gələnlər qutunun yerində olmadığını görüb polisə xəbər veriblər. Polis hadisə ilə əlaqədar axtarışa başlayıb.


Geri dön