Ana Sayfa > Xəbər > Baş nazirdən xalqa: “Borcu ödəməyin, yoxsa gedirəm”

Baş nazirdən xalqa: “Borcu ödəməyin, yoxsa gedirəm”


30-06-2015, 12:24. Yazar: admin
Baş nazirdən xalqa: “Borcu ödəməyin, yoxsa gedirəm”
Beynəlxalq Valyuta Fonduna bu günə qədər ödənməsi lazım olan 1,6 milyard avronun verilməyəcəyini deyən Çipras hökuməti düşdüyü çətin vəziyyətdən çıxış yolu axtarmaqdadır.

Moderator.az xəbər verir ki, borc böhranı ilə bağlı həyata keçirilən sıx müzakirələrin nəticəsiz sonluğundan sonra Yunanıstan Baş naziri Aleksis Çipras istefa vermə ehtimalı olduğunu açıqlayıb. Baş nazir 5 iyulda borcun qaytarılıb-qaytarılmayaması ilə bağlı keçiriləcək referendumda xalqın “xeyr” (ödənməsin) deməyəcəyi təqdirdə vəzifəsindən gedəcəyini bəyan edib. Referendumla “kəmər sıxma” siyasəti tətbiq etməyə çalışan solçu hökumət hər vəchlə Avrozona qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Xalqı referendumda “xeyr” deməyə çağıran 40 yaşlı Çipras “Yunanlar təhqir olunmaq və alçaldılmaq istəyirsə, yerimə başqa birini seçmək məcburiyyətində qalacaq" sözləri ilə nöqtəni qoymuş oldu. AB liderləri referendumda “xeyr” səsinin Yunanıstanın avro bölgəsindən ayrılmaq anlamına gələcəyi xəbərdarlığını edib. AB komissiyasının başçısı Jan-Klod Yunker Çiprasa məktub göndərərək onu Afinaya verilən müddətin sona çatmadan öncə fövqəladə yığıncaqda iştirak etməyə dəvət edib.

Geri dön