Ana Sayfa > Xəbər > Rektorun qızını döyənlərin məhkəməsi başladı (FOTO)
Rektorun qızını döyənlərin məhkəməsi başladı (FOTO)18-03-2015, 11:12. Yazar: admin |
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən Zaur və Emin Məmmədov qardaşlarının məhkəməsi bu gün də davam etdirilir. Musavat.com-un reportyorunun Apelyasiya Məhkəməsindən verdiyi xəbərə görə, məhkəmə başlamaq üzrədir. Məmmədovlar qardaşları artıq məhkəmə binasına gəliblər. Onlar jurnalistlərə açıqlamasında dedilər ki, "narahatlığa görə üzr istəyirik, barəmizdə cinayət işi açılıb, ora tələsirik, çox danışa bilməyəcəyik". Məhkəmə iclasına hakim Sahibxan Mirzəyev sədrlik edir. Qardaşlar barədə həbs qətimkan tədbiri seçilməsi gözlənilir. Əlavə məlumat veriləcək. Geri dön |