Ana Sayfa > Xəbər > Zərdüşt Əlizadə: “Türkiyənin Suriyaya daxil olması Türkiyə üçün yaxşı nəticələr vəd etmir”
Zərdüşt Əlizadə: “Türkiyənin Suriyaya daxil olması Türkiyə üçün yaxşı nəticələr vəd etmir”30-06-2015, 11:08. Yazar: admin |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Sarayındakı təhlükəsizlik sammitində Suriyadakı proseslərə Türkiyə Silahlı Qüvvələrinin müdaxilə etməsini istəyib. TSQ isə yazılı əmr tələb edib. Hökumət də TSQ-ya yazılı əmr verərək Suriyaya daxil olması ilə bağlı qərar verib. Yazılı əmr TSQ-ya çatdırılıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Suriyaya girmək üçün hazırlıqları sürətləndirib. Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar və digər zirehli texnika Suriya sərhədinə yeridilib. Bəzi təhlil mərkəzləri Türkiyənin bu addımını kifayət qədər riskli addım kimi dəyərləndiriblər. Belə ki, onlar hadisələrin Türkiyə ərazisinə də keçəcəyini istisna etmirlər. Politoloq Zərdüşt Əlizadə Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, Türkiyə Suriya məsələsinə qarışsa, bu Türkiyə üçün yaxşı nəticələrlə bitməyəcək: “Türkiyə Suriya məsələsinə müdaxilə etsə, ilk olaraq Türkiyə öz içindən çökməyə başlayacaq və ölkə daxilində sabitlik aradan gedəcək. Eyni zamanda hökumətin başına xeyli problemlər gələcək. Bu nəticələrə gəlmək xüsusi bir müdriklik tələb edilmir. Məlumdur ki, hər hansısa bir müharibəyə girişən dövlət öz təhlükəsizliyini sual altına qoyur. Hələ əgər bu Suriyadakı kimi vətəndaş müharibəsinə girişən dövlət bütün riskləri göz altına almalıdır. Səudiyyə dövləti Yəmənə girdi və dövlətin içində ciddi problemlər yaranmağa başladı. İndi imkan və bəhanə axtarır ki, tam geri çəkilsin. Türkiyə üçün ciddi problemlər yarandıqda, o da Suriyadan çıxmaq üçün bəhanələr axtaracaq. Vaxtı ilə ABŞ Vyetnama girdi, amma oradan çıxmağa məcbur oldu. SSRİ Əfqanıstana girdi və ciddi itkilər verərək geriyə döndü. Yəni bu təcrübələrə baxsaq, deyə bilərik ki, Türkiyənin Suriyaya daxil olması Türkiyə üçün yaxşı nəticələr vəd etmir”. Geri dön |