Ana Sayfa > Xəbər > Baş nazir yardımın qarşısını alanları təbrik etdi

Baş nazir yardımın qarşısını alanları təbrik etdi


29-06-2015, 17:47. Yazar: admin
Baş nazir yardımın qarşısını alanları təbrik etdi
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya yardım aparan “Azadlıq Donanma”sına beynəlxalq sularda müdaxilə edən İsrail donanmasını təbrik edib.

Axar.az xəbər verir ki, Benyamin Netanyahu bu barədə yazılı açıqlama verib:

"Bu donanma bölgəmizdəki dəhşəti görməzlikdən gələrək HƏMAS terror təşkilatına kömək edən yalan və ikiüzlülük nümayişindən başqa bir şey deyil".

Baş nazir Qəzza sektorunun dənizdən blokadaya alınmasının beynəlxalq hüquqa zidd olduğunu qeyd edib:

"Dənizdən (Qəzza zolağına) girişin qarşısının alınması beynəlxalq hüquqa uyğundur. İsrail özünü beynəlxalq hüquqa uyğun şəkildə müdafiə edən tək demokratik dövlətdir. Keçmişdə olduğu kimi döyüş vəsaitlərinin dəniz yolu ilə Qəzzadakı terror təşkilatlarına çatdırılmasını qəbul edə bilmərik".

Geri dön