Ana Sayfa > Xəbər > KXCP-də qurultayöncəsi vəziyyət - AÇIQLAMA
KXCP-də qurultayöncəsi vəziyyət - AÇIQLAMA29-06-2015, 16:40. Yazar: admin |
Hafta.az-a müsahibəsində KXCP-nin sədr müavini Xəzər Teyyublu partiyada baş verən son yeniliklərdən danışıb. Müsahibəni təqdim edirik: - Partiyada qurultaya hazırlıq necə gedir? - Artıq partiyanın rayon şöbələrində seçki konfranslarımız bitmək üzrədir. Konfranslar bitdikdən sonra qurultayın keçirilməsini planlaşdırmışıq. 28 iyunda partiyanın Ali Məclisinin növbəti sessiyası keçirildi. Burada biz qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatlarını dinlənildi. Yerlərdə yekunlaşmaq üzrə olan şöbə konfranslarının vəziyyətini qiymətləndirərək qərara gəldik ki, 1 avqust tarixində qurultayımızı keçirək. - Neçə rayon şöbəsində konfrans keçirilib? - KXCP-nin 45 rayon şöbəsində konfrans keçirilib, nəticələr təsdiqlənib. Qarşıdakı günlərdə isə 9 rayon şöbəsində iclas keçiriləcək, bununla da işləri yekunlaşdıracağıq. Qurultayın keçirilməsinə yer ayrılması üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. - Qarşıdan gələn parlament seçkilərinə hazırlıq hansı səviyyədədir? - Bu istiqamət üzrə də hazırlıq işlərimiz davam etdirilir. Namizədlərin müəyyənləşdirilməsi mərhələsindəyik. Əminəm ki, hazırkı siyasi vəziyyətə partiyamızın qurultayı dövlətçiliyimiz naminə önəmli tədbirlərdən biri olacaq. Eyni zamanda, parlament seçkilərində də uğurla iştirak etməyə çalışırıq. Hər bir şeyin zamana ehtiyacı var. Bizim də gələcək planlarımızın nələr olduğunu zaman keçdikcə görəcəksiniz. Geri dön |