Ana Sayfa > Xəbər > Türkiyənin Baş Qərargah rəisi istefaya gedir?

Türkiyənin Baş Qərargah rəisi istefaya gedir?


29-06-2015, 12:38. Yazar: admin
Türkiyənin Baş Qərargah rəisi istefaya gedir?
Ankara kulislərində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin istefası ilə bağlı şok iddialar ortaya çıxıb.

Axar.az bu barədə “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Suriyanın Cerablus şəhərinə girilməsi və təxminən 90-110 kilometrlik təhlükəsizlik xəttinin çəkilməsi qərarı seçimdən öncə gündəmə gəlib və seçimdən sonra Suriya məsələsi daha da qabarıb.

İddialara görə, Nejdət Özəl hökumətin Suriya məsələsində basqıları artıracağı ehtimalından dolayı istefa məsələsini gerçəkləşdirə bilər.

“Vətən” qəzeti isə yazır ki, general Özəlin səlahiyyət müddəti avqustun 30-da başa çatacaq və o, yeni generalın qərarını gözləyir.

Geri dön