Ana Sayfa > Xəbər > Bakıdakı "priton"lar kimin çətiri altındadır? (PROBLEM)

Bakıdakı "priton"lar kimin çətiri altındadır? (PROBLEM)


18-03-2015, 10:18. Yazar: admin
Bakıdakı "priton"lar kimin çətiri altındadır? (PROBLEM)
Bakıda, istərsə də respublikanın digər şəhər və rayonlarında da bu kimi əxlaqsızlıq yuvalarına arzuolunmaz dərəcədə çox rast gəlmək mümkündür. Təəssüflər olsun ki, əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün kifayət qədər səy göstərmədiklərinə şahid oluruq. Biz dəfələrlə bu mövzuya müraciət edərək şəhər və bölgələrimizdə fəaliyyət göstərən, sözün əsil mənasında cəmiyyətimizin mənəvi və fiziki deqradasiyasına xidmət edən bu “çirkab quyularını” və onların mövcudluğuna şərait yaradan himayədarlarını ifşa etməyə çalışmışıq. Eyni zamanda da dərc etdiyimiz materiallarda biz dəfələrlə belə bir faktı vurğulamışıq ki, Bakıda fəaliyyət göstərən, paytaxtımızın sakinlərinə və qonaqlara mədəni xidmət edən ictimai iaşə obyektlərinin sayı gün-gündən artması sevindirici və təqdirəlayiq haldır. Əlbəttə ki, bu tendensiya maddı rıfahın yüksəlməsini, istirahət və əyləncə məkanlarına maraq və tələbatın artdığını vurğulayan göstərici kimi qiymətləndirilməlidir. Son zamanlar isə ölkəmizin həm də sevilən turizm mərkəzlərindən birinə çevrilməsi fonunda, beynəlxalq standartlara cavab verən kafe və restoranlar şəbəkəsinin inkişaf etdirilməsi həm də iqtisadi baxımdan zəruridir. Lakin bunu da nəzərdən qaçırmaq olmaz ki, məhz son illər ərzində həm paytaxtda, həm də bölgələrimizdə kafe, restoran, bar adı altında müxtəlif yeni pritonların yaranmasında xüsusi dinamika müşahidə olunur. Bu kimi əxlaqsızlıq yuvalarından biri də paytaxtın Nəsimi rayonu ərazisində, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Malibu” barıdır. Bu xüsusda aldığımız məlumatlarda göstərilir ki, bu obyekt digər analoji pritonlardan ilk növbədə qiymət bahalığı ilə fərqlənir. Bütün digər məqamlarda isə fahişəliyin və mənəviyyatsızlığın təbliği obyektin fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlər kimi ortaya çıxır. Artıq qeyd etdiyimiz kimi “Malibu” barının sahiblərinin iş üsullarında əsas diqqəti cəlb edən məqam, onların həyasızlığı və aidiyyatı olan dövlət qurumlarına qarşı sərgilədikləri saymazlıqdır. Rəsmi statistika isə son illər Azərbaycanda cinsi əlaqə ilə qorxulu xəstəliklərə yoluxma hallarının xeyli artdığını təsdiq edir. QİÇS, müxtəlif hepatitlər, sifilis və sairə bu kimi ölüm saçan viruslar da bu xəstəliklərdəndir. Cinsi əlaqədən keçən sifilis, süzənək kimi zöhrəvi xəstəliklərin artma səbəblərindən ən əsası da məhz fahişəliyin genişlənməsiylə əlaqəlidir. Bütün bunların fonunda Bakının tam mərkəzində fəaliyyət göstərən məlum əxlaqsızlıq yuvasına münasibətdə hüquq-mühafizə orqanlarının israrla nümayiş etdirdikləri etinasızlıq tamamilə anlaşılmazdır. Bütün bu deyilənlərdə isə ən dəhşətlisi odur ki, fahşəlik bu çirkin fəaliyyətə cəlb olunan qızların yaşı baxımından da xeyli cavanlaşıb. Belə ki, əgər bir neçə il bundan əvvəl fahişəlik 25 yaşından sonra başlayırdısa, hazırda bu yaş dövründə artıq “qoca fahişə” sayılır. İndi fahişəliyin yaş həddi 15-18 yaş arasıdır. Elə “Malibu” barına cəlb olunan qızların da bəzən hələ məktəbli yaşlarında olduğu aldığımız açıqlamalarda israrla vurğulanır. Bu isə təbii ki, Azərbaycanın genafondu üçün son dərəcə təhlükəli bir tendensiyadır. Bununla belə unutmaq lazım deyil ki, ölkə qanunvericiliyində hər hansı seksual xidmət göstərilən obyektin açılması və fəaliyyəti istisnasız qadağan olunmuşdur və gec-tez bütün himayədarların cəhdlərinə baxmayaraq həm sağlamlığımıza, həm də mənəviyyatımıza təcavüz edənlər öz layiqli cəzalarını alacaqlar.

Geri dön