Ana Sayfa > Xəbər > Azərbaycan neftinin qiyməti qalxdı

Azərbaycan neftinin qiyməti qalxdı


29-06-2015, 11:24. Yazar: admin
Azərbaycan neftinin qiyməti qalxdı
London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLayt" markalı neftin bir barelinin qiyməti 0,08% və ya 0,05 dollar artaraq 63,33 dollar olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirilib.

Dünya birjalarında isə neftin qiyməti ucuzlaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,87 dollar ucuzlaşaraq 58,75 dollar olub.

Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,76 dollar azalaraq 62,47 dollar təşkil edib.

Dünya bazarında neftin qiymətinə isə Yunanıstanda baş verənlər təsir edib. Belə ki, Yunanıstanla beynəlxalq kreditorlar arasındakı ölkədəki islahatlar, büdcə layihəsi ilə bağlı anlaşılmazlıq qara qızılın qiymətinə mənfi təsir edib.

Geri dön