Ana Sayfa > Xəbər > İslam əleyhinə danışan deputata- Sərt cavab

İslam əleyhinə danışan deputata- Sərt cavab


26-06-2015, 16:41. Yazar: admin
İslam əleyhinə danışan deputata- Sərt cavab
Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan etnik təmizləmə siyasəti, Xocalı Soyrımı barədə çıxış edərək AŞPA-ya Avropanın gözləri önündə 100 minlərlə azərbaycanlının haqlarını tapdalayaraq mono-etnik dövlət qururlar buna sərt münasibət göstərməlisiniz deyib.

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili çıxışına AŞPA-da İslam dini əleyhinə sərt çıxış edən hollandiyalı deputat F.Klashorsta sərt cavab verməklə başlayıb:

“İslam dini ilə bağlı fikirləriniz doğru deyil, İslam sülh dinidir. Sizin fikirlərinizə sərt etiraz edirik”.

Çıxışında rasizmin, dözümsüzlüyün hər zaman faciəli sonluqla nəticələndiyini deyən millət vəkili Qənirə Paşayeva AŞPA-ya səslənərək bəzi məsələlərə ciddi diqqət yetirməyə çağırıb. O, deyib:

“Müzakirə etdiyimiz bu mövzu Avropanın və ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacibdir. Rasizmin, neo-rasizmin,nifrət duyğularının,dözümsüzlüyün artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində üzv ölkələr və assambleya daha çox işlər görməlidir. Məruzəçinin də vurğuladığı kimi biz bu kimi hallara biganə qalmamalıyıq və onun qarşısını almaq üçün ümumi səylərimizi gücləndirməliyik.

Bu kimi narahatlıq doğuran halların artmasının qarşısını almaq üçün üzv ölkələrdə gənc nəsillərə kiçik yaşlarından etibarən fərqli etnik, dini, sosial qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi vacibdir. Təhsil, mətbuat və medianın bu məsələdə rolu böyükdür. Rasizm, nifrətin, dözümsüzlüyün artmasının qarşısını ala bilməsək bu, yaxın gələcəkdə böyük faciələrə səbəb ola bilər”.

Geri dön