Ana Sayfa > Xəbər > Azərbaycanlı milyarder 4,4 milyon ödədi

Azərbaycanlı milyarder 4,4 milyon ödədi


26-06-2015, 15:08. Yazar: admin
Azərbaycanlı milyarder 4,4 milyon ödədi
İran əsilli azərbaycanlı milyarder Rza Zərrab Türkiyədə ötən il ən çox vergi verən 100 nəfərin siyahısına daxil edilib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Maliyyə Nazirliyinin tərtib etdiyi siyahıda 56-cı yeri tutan iş adamı ötən il 4 milyon 474 min 89 türk lirəsi vergi ödəyib.

Bununla da R.Zərrab məşhur şoumen Acun İlıcalıdan 12 pillə geri qalıb. Belə ki, Acun 4 milyon 976 min 881 türk lirəsi vergi ödəyərək 44-cü pillədə qərarlaşıb.

Tanınmış komediya aktyoru Cem Yılmaz isə 4 milyon 553 min 228 türk lirəsi vergi ödənişi ilə 58-ci sıradadır.

Siyahıya liderliyi 37 milyon 582 min 415 türk lirəsi vergi ödəyən iş adamı Şarık Tara edir.

Geri dön