Ana Sayfa > Xəbər > Nazir koalisiya hökumətinin vaxtını açıqladı

Nazir koalisiya hökumətinin vaxtını açıqladı


25-06-2015, 17:29. Yazar: admin
Nazir koalisiya hökumətinin vaxtını açıqladı
“Ramazan ayı bitmədən koalisyon hökumət qurulacaq”.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Avropa Birliyi üzrə naziri Volkan Bozqır açıqlama verib.

O, açıqlamasında deyib:

“İnşallah, AKP rəhbərliyində yeni bir hökumət qurulacaq. Türkiyəni daha da irəliyə aparacaq və çox güclü edəcək bir iqtidar ortaya çıxacaq. Ölkədəki seçkilər demokratiyanın nə qədər köklü olduğunu və türk insanının buna necə önəm verdiyini bir daha göstərdi. Ramazan ayı bitmədən və heç bayrama qalmadan Türkiyə AKP rəhbərliyində arzu etdiyi güclü iqtidara sahib olacaq”.

Geri dön