Ana Sayfa > Xəbər > Putin “İsgəndər”ləri Kalininqrada yeritdi, Ermənistanda da təlimlər başladı - (Həyəcan)
Putin “İsgəndər”ləri Kalininqrada yeritdi, Ermənistanda da təlimlər başladı - (Həyəcan)17-03-2015, 16:12. Yazar: admin |
Rusiya Silahlı Qüvvələrinin martın 16-da prezident Vladimir Putinin qəfil əmri ilə döyüş hazırlığı manevrlərinə çıxarılması Avropa ilə sərhədlərə nüvə silahlarının yeridilməsi ilə müşayiət olunur. Virtualaz.org saytı xəbər verir ki,Rusiya Müdafiə Nazirliyi silahlı qüvvələrin qəfil yoxlanışı çərçivəsində “İsgəndər-M” operativ-taktiki raket komplekslərini Kalininqrad vilayətinə yeridib. “Baltik quru qoşunları qruplaşması Qərb hərbi dairəsinin “İsgəndər-M” raket kompleksləri ilə gücləndiriləcək. Raketləri Kalininqrada Baltik donanmasının böyük desant gəmiləri çatdıracaq”- Müdafiə Nazirliyindəki mənbə bildirib. Bundan əvvəl Rusiyanın silahlı qüvvələrin qəfil manevrləri çərçivəsində Krıma nüvə raketləri daşıyan strateji bombardmançı aviasiyanı-Tu-22M3 təyyarələrini göndərdiyi açıqlanmışdı. Qərb hərbi dairəsinin tərkibində “İsgəndər-M” kompleksləri ilə təchiz olunmuş iki hərbi birləşmə - 26-cı raket briqadası və 112-ci qvardiya raket briqadası var. Bu hərbi birləşmələrdən hansının Kalininqrada yeridildiyi açıqlanmır. Kalininqrad vilayətində “İsgəndər-M” komplekslərinin yerləşdiriləcəyinə dair söz-söhbətlər çoxdan gedirdi. Ötən ilin dekabrında Qərb hərbi dairəsi hərbi təlimlər çərçivəsində Kalininqrada bu raketləri yeridib, təlimlər başa çatandan sonra çıxarıb. “İsgəndər-M” raketləri nüvə başlığı daşıya bilir, uçuş radiusu 500-600 kilometr təşkil edir və bu raketlərin Kalininqradda yerləşdirilməsi NATO üçün ciddi təhdid hesab olunur. Çünki “İsgəndər-M” raketlərini hazırda dünyada mövcud olan raketdən müdafiə sistemlərinin heç biri neytrallaşdıra bilmir. Raketlərin uçuş məsafəsinin yaxın olması onun Avropanın şərq hissəsini hədəfə almasına imkan verir. Başqa sözlə, Rusiya Avropanın şərqinə nüvə zərbələri endirmək istəsə bunun üçün ballistik raketlərdən yox, “İsgəndər”lərdən istifadə edə bilər. Son məlumatlara görə, hərbi manevrlər Rusiyanın praktiki olararaq bütün regionlarında, o cümlədən ölkə hüdudlarından kənardakı hərbi bazalarında başlayıb. MüdafİƏ Nazirliyi Baltik donanmasının qüvvələrinin, Cənub hərbi dairəsinin, hava-desant qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb. Manevrlərə müdafiə naziri Sergey Şoqyu başçılıq edir. Həmçinin Stavrapol diyarındakı poliqonlarda motoatıcı briqadaların taktiki təlimləri start götürüb. Təlimlərə Cənub hərbi dairəsinin vertolyot-zərbə qruplaşmaları da qatılıb. Eyni zamanda Qərb hərbi dairəsinin minlərlə canlı qüvvəsi və 500-dən çox texnikası Nijiniy-Novqorod ətrafında manevrlər keçirir. Ermənistandakı 102-ci Rusiya hərbi bazasının kəşfiyyat bölmələri isə Pambak dağ təlim-məşq kompleksində təlimlərə başlayıb. Təlimlər dəniz səviyyəsindən 2 min metr yüksəklikdə keçirilir. Geri dön |