Ana Sayfa > Xəbər > Arif Alışanovun qohumu qələbə qazandı - Avropa Oyunlarında
Arif Alışanovun qohumu qələbə qazandı - Avropa Oyunlarında25-06-2015, 13:23. Yazar: admin |
Bu gün Bakı-2015 I Avropa Oyunlarında cüdo yarışlarına start verilib. 60 kq şəkidə Belarusu təmsil edən Azərbaycan əsilli Arif Bağırov 1/16 finalda Yan Siçardini (Monteneqro) məğlub edib. Vertikal.az AzNews.az-a istinadən xəbər verir ki, o, 1/16 finalda Azərbaycan idmançısı Orxan Səfərovla üz-üzə gələcək. Qeyd edək ki, Arif Bağırov AzTV-nin sədri Arif Alışanovun qaynı Natiq Bağırovun oğludur. Sambo və cüdo uzrə 4 dəfə dunya, 5 dəfə Avropa çempionu olan Natiq Bağırov uzun müddətdir ki, Belarusda yaşayır və Azərbaycan diasporuna rəhbərlik edir. Geri dön |