Ana Sayfa > Xəbər > Ara qarışdı: Türk millətçilər erməni ovuna çıxır

Ara qarışdı: Türk millətçilər erməni ovuna çıxır


25-06-2015, 12:30. Yazar: admin
Ara qarışdı: Türk millətçilər erməni ovuna çıxır
“Belə getsə, Qars küçələrində erməni ovuna çıxacağıq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Milliyyətçi Mərkəzinin rəhbəri Tolqa Adıgözəl çıxış edib.

O, Ermənistanın məhşur caz pianoçusu Tiqran Hamasyanın Türkiyənin şərqində ermənilərin yaşadığı Ani şəhərində konsert verməsini sərt tənqid edib: “Qarsın hər qarış torpağında şəhid qanı var. 1915-ci il hadisələrində minlərlə müsəlman türk soydaşımız bu ermənilər tərəfindən soyqırıma məruz qalıb. 23 ilə bundan əvvəl Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində yüzlərlə soydaşımıza qarşı soyqırım törədən bunlar deyilmi? Daxildəki dəstəkçiləri kimlərdir? Hansı satılmış media nümayəndələri bunlarla əlbir olub? Daxildən və xaricdən satılmış xain beyinlərlə səbrimizi yoxlayırlar, yoxsa Qars küçələrində erməni ovuna çıxmağımızı istəyirlər?”

Geri dön