Ana Sayfa > Xəbər > Hamlet İsaxanlının qızının yaxın rəfiqəsi DANIŞDI
Hamlet İsaxanlının qızının yaxın rəfiqəsi DANIŞDI17-03-2015, 15:39. Yazar: admin |
"Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva onu döyənlərdən əvvəlcə şikayətçi olmasa da, indi qərar dəyişdirib". Bunu Hafta.az-a Ü.İsayevanın yaxın rəfiqəsi bildirib. Adının çəkilməsini istəməyən xanım daha maraqlı faktlar açıqladı: “Həmin gün Ülkər 8 martı sevgilisi Zaur Məmmədovla qeyd edirdi. Gecə klubunda başqaları da var idi, eyni zamanda Elin də. Əvvəlcə hər şey çox yaxşı idi. Səhərə qədər əylənmək istəyirdilər. Amma sonra vəziyyət dəyişdi. Mən bildiyimə görə, Ülkərlə başqa bir oğlan barəsində xəbər çıxıb. Lakin özü bunu boynuna almır. Onlar Zaurla uzun müddətdir sevgilidirlər. Və Zaurgilin necə əsəbi, "özündən tez çıxan" olduğunu bilənlər çoxdur. Onların kimin oğlu olmasını da hamı yaxşı bilir. Muxtar Şirinoviçin adı Bakıda çox məşhurdur. Zaurgil imkanlı adamlardır. Bakının bütün gecə klublarında onları yaxşı tanıyırlar. Ülkər onunla münasibətdə olduğunu heç kimdən gizlətmirdi onsuz da. Gecələr şəkillər çəkdirib, rahatca instaqrama qoyurdu. Onlarla birlikdə olduğunu hamıya nümayiş etdirmək istəyirdi. Çünki çoxlarının Zaur və Elindən necə qorxduğunu yaxşı bilirdi. İndi isə instaqram səhifəsini bağlayıb”. Geri dön |