Ana Sayfa > Xəbər > “İŞİD-in Qafqaz və Mərkəzi Asiyaya keçəcəyi 2014-cü ildən proqnozlaşdırılmışdı”

“İŞİD-in Qafqaz və Mərkəzi Asiyaya keçəcəyi 2014-cü ildən proqnozlaşdırılmışdı”


24-06-2015, 16:55. Yazar: admin
“İŞİD-in Qafqaz və Mərkəzi Asiyaya keçəcəyi 2014-cü ildən proqnozlaşdırılmışdı”
“İslam dövləti” terrorçu təşkilatının (İŞİD) Şimali Qafqazda yeni administrasiyası yaradılıb. Bu barədə İŞİD-in mətbuat katibi Əbu Məhəmməd əl-Adnani bildirib. O, İŞİD-in Qafqazdakı tərəfdarlarını təbrik edib və qeyd edib ki, yeni administrasiyanın rəhbəri əl-Kadaridir.

Şimali Qafqazda onsuz da çox olan terror şəbəkəsi siyahısına İŞİD-in də əlavə edilməsi isə ciddi təhlükələrdən xəbər verir.

Nəzərə alaq ki, Şimali Qafqaz bir növ barıt çəlləyidir və burada terror hadisələri region, xüsusilə də Cənubi Qafqaz üçün də yeni təhdid mənbəyidir.

Milli təhlükəsizlik nazirinin keçmiş müavini (1992-1993-red.) Sülhəddin Əkbər hesab edir ki, beynəlxalq terrorizm yayılmağa meyllidir.

O, Modern.az saytına mövzu ilə bağlı danışarkən deyib ki, 2014-cü ildən ABŞ qoşunları Əfqanıstanı tərk edərkən beynəlxalq terrorizmin Qafqaz və Mərkəzi Asiyaya yayılacağı proqnozlaşdırılırdı.

“İndi isə terrorçu şəbəkələr açıq şəkildə Qafqazı və Mərkəzi Asiyanı hədəf seçiblər. Bu isə olduqca ciddi təhlükədir. Bu təhdidlərin reallaşması ehtimalı da böyükdür”,-deyə S.Əkbər bildirib.

Sülhəddin Əkbər İŞİD kimi terror təşkilatlarının bir neçə dəfə Azərbaycanı da təhdid etdiyini xatırladıb.

Onun sözlərinə görə, bəzi Azərbaycan vətəndaşlarına da İŞİD-in tərkibində döyüşməsinə görə cinayət işi açıldı.
“Azərbaycan hakimiyyətinin atdığı addımlar çox düzgün idi. Bu, həm də təhlükələrin nə dərəcədə ciddi olduğunun göstəricisidir”.

Geri dön