Ana Sayfa > Xəbər > AYB sədri istefa verdi

AYB sədri istefa verdi


17-03-2015, 15:15. Yazar: admin
AYB sədri istefa verdi
Ramiz Qusarçaylı Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri vəzifəsindən istefa verib.

Ramiz Qusarçaylı bu barədə özü Axar.az-a məlumat verib: “Bədii yaradıcılığa vaxt ayıra bilmirdim. Ona görə də düşündüm ki, bu, daha doğru addım olar. Neçə ildir o vəzifədə idim. Artıq bəsdir, məncə”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin də iştirakı ilə keçirilən toplantıda AYB-nin Quba bölməsinin sədri vəzifəsinə “Qobustan” jurnalının baş redaktoru, nasir, dramaturq, tərcüməçi Vaqif Əlixanlı təyin edilib.

Geri dön