Ana Sayfa > Xəbər > Müxalifət Əbülfəz Elçibəyi parçalamış şəkildə andı
Müxalifət Əbülfəz Elçibəyi parçalamış şəkildə andı24-06-2015, 14:42. Yazar: admin |
Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin doğum günü münasibəti ilə müxalif partiyalar onun Fəxri Xiyabandakı məzarını ziyarət etdilər. Lakin bu gün də müxalifət cəbhəsi birləşə bilmədi. Hafta.az-ın məlumatına görə, öncədən təyin olunmuş zamanlarda məzar önünə gələn partiyalar, mərhum liderin ruhuna dualar oxuyub, onunla bağlı xatirələrini danışdılar. İlk olaraq Klassik Xalq Cəbhəsi Partiyasının təşkilatçılığı ilə Müsavat Partiyasının, KXCP-nin, Azad Demokratlar Partiyasının, Azərbaycam Xalq Partiyasının, Milli Demokrat Partiyasının funksionerləri Elçibəyin məzarı ətrafında toplandılar. KXCP sədri Mirmahmud Fəttayev, Müsavat lideri İsa Qəmbər, partiya başqanı Arif Hacılı, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, AXP sədri Pənah Hüseyn, Azadlıq hərəkatının liderinin məzarı önündə çıxış edib, onun xatirəsini yad edərək ruhuna dualar oxuyublar.Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan mərasim eyni formada başa çatdı. Yuxarıda sadaladıqlarımız partiya funksionerləri təxminən saat 12:00-dan 13:00-a qədər Əbülfəz Elçibəyin məzarı qarşısında çıxış etdilər. Onlar Fəxri Xiyabanı tərk edən kimi Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli başda olmaqla, adın çəkdiyimiz siyasi təşkilatların digər funksioner və üzvləri xiyabana daxil oldular. Onlar da təxminən 15 dəqiqə ərzində ziyarətlərini yekunlaşdırdılar. Beləliklə də, Əbülfəz Elçibəyin 78-ci doğum günündə belə ölkədə özlərini radikal müxalifət adlandıran partiyalar birləşə bilmədilər. Geri dön |