Ana Sayfa > Xəbər > Ehtiyatlı olun, gün vura bilər

Ehtiyatlı olun, gün vura bilər


24-06-2015, 11:50. Yazar: admin
Ehtiyatlı olun, gün vura bilər
Bu gün Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirirlər ki, paytaxtda gündüz saatlarında temperatur 36, aran rayonlarında isə 42 dərəcəyə qədər yüksələcək. Bu isə çoxillik iqlim normasından yüksəkdir.

Bu cür is­ti­lər in­san­lar üçün prob­lem­lər yaradır. Belə havalarda gün­vur­ma və istivurma­dan şi­ka­yət­lər artır.

May ayından bu günə qədər 10 nəfər günvurma səbəbindən Ba­kı şə­hər Tə­ci­li və Tə­xi­rə­sa­lın­maz Tib­bi Yar­dım Stan­si­ya­sı­na mü­ra­ci­ət edib.

Bunu virtualaz.org saytına stan­si­ya­nın baş həkiminin müa­vi­ni Oqtay Şahmalıyev deyib: “On­lar­dan 2-si xəs­tə­xa­na­ya yerləşdiri­lib. Müraciət edənlərin əksəriyyəti orta yaşlı insanlardır. Ötən ilin mü­va­fiq dövrü ilə mü­qa­yi­sə et­dik­də gün vu­ran insanla­rın sa­yın­da elə bir ar­tım yoxdur. Qiymətləndirmə möv­sü­mün so­nun­da aparılır. Bu dövr üçünsə son günləri çıxsaq, hələ ki, ya­yın o qə­dər də is­ti keç­di­yi­ni demək ol­maz”.

15 də­qi­qə­dən çox gəzməyin

Hə­ki­min söz­lə­ri­nə gö­rə, bu cür hal­lar­dan qorun­maq üçün məs­lə­hət­lə­rə hər kəs əməl et­mə­li­dir: “Baş ör­tü­yü ol­ma­dan açıq ha­va­ya çıx­maq la­zım de­yil. Gü­nə­şin zə­rər­li şüa­la­rın­dan qo­run­maq la­zım­dır. Yay ay­la­rın­da, is­ti ha­va­lar­da ma­ye qə­bu­lu­nu ar­tır­maq, sərin­ləş­di­ri­ci ma­ye­lə­ri ço­xalt­maq, yağ­lı qidalardan im­ti­na et­mək məs­lə­hət­dir”.

Açıq ha­va­da gəz­mə­yə gə­lin­cə, bu cür is­ti ha­va­lar­da 15 də­qi­qə­dən ar­tıq gün al­tın­da qal­maq təh­lü­kə­li­dir. Ümu­miy­yət­lə, sa­at 11:00-lə 17:00 ara­lı­ğın­da ba­yı­ra çıx­ma­maq, qa­pa­lı yer­də qal­maq töv­si­yə olu­nur.

Am­ma işi­nə gö­rə açıq ha­va­da çox vaxt keçir­mə­yə məc­bur olan in­san­lar var. Odur ki, is­ti ha­va­da çox vaxt ke­çi­rən­lər eh­ti­yat­lı ol­ma­lı, öz­lə­ri­ni pis hiss edən, hə­ra­rət­lə­ri­nin qalx­dı­ğı­nı bi­lən ki­mi hə­ki­mə mü­ra­ci­ət etməli­dir­lər.

Gün­vur­ma­nın da də­rə­cə­si var

Gün­vur­ma və is­ti­vur­ma­nın üç də­rə­cə­si olur - yün­gül, or­ta və ağır də­rə­cə­li. Yün­gül dərəcəli gün­vur­ma za­ma­nı xəs­tə­nin bə­dən hə­ra­rə­ti qalx­mır, yal­nız ba­şağ­rı­sı olur, zəiflik hiss edi­lir, də­ri ör­tü­yü nəm­lə­nir, tənəf­füs tez­lə­şir.

Be­lə olan­da hə­ki­mə eh­ti­yac yox­dur, xəs­tə özü­nü müa­li­cə edə bi­lər. Bu­nun üçün kölgəyə çə­kil­mək, ma­ye qə­bul et­mək, ha­va al­maq la­zım­dır. Be­lə xəs­tə­nin ət­ra­fın­da sıxlıq ya­rat­maq ol­maz.

Or­ta də­rə­cə­li is­ti­vur­ma­da ar­tıq bə­dən tempera­tu­ru 39-40 də­rə­cə­yə ki­mi qal­xır. Ba­şağ­rı­sı, ürək­bu­lan­ma, qus­ma, hət­ta hu­şun iti­ril­mə­si də ola bi­lər. Bu za­man tə­ci­li yardıma eh­ti­yac var. Hə­kim gə­lə­nə ki­mi xəs­tə­ni sə­rin ye­rə apar­maq, sə­rin ma­ye içirtmək, al­nı­na so­yuq komp­res qoy­maq lazım­dır.

Ağır də­rə­cə­li gün­vur­ma­da bə­dən temperaturu ar­tıq 40 də­rə­cə­ni ke­çir, hu­şu itir­mək, qıcol­ma müm­kün­dür. Bu za­man dəri ör­tü­yü tam qu­ru­yur, hət­ta də­ri­də ya­nıq ola bi­lər. Bur­da müt­ləq hə­kim mü­da­xi­lə­si­nə eh­ti­yac var, xəs­tə müm­kün qə­dər tez müddət­də xəs­tə­xa­na­ya yer­ləş­di­ril­mə­li­dir.

Geri dön