Ana Sayfa > Xəbər > İŞİD-çilərə ərə getmək üçün Almaniyadan 110 qadın Suriyaya yollanıb

İŞİD-çilərə ərə getmək üçün Almaniyadan 110 qadın Suriyaya yollanıb


24-06-2015, 11:48. Yazar: admin
İŞİD-çilərə ərə getmək üçün Almaniyadan 110 qadın Suriyaya yollanıb
Almaniyadan azı 110 qadın İŞİD terrorçuları ilə ailə qurmaq üçün Suriyaya yola düşüb. FaktXəbər-in verdiyi məumata görə, bu barədə Augsburger Allgemeine Zeitung xəbər yayıb.

Nəşr bildirir ki, tendensiya artır, bəzi qadınlar İŞİD-ə qoşulmaq üçün öz uşaqlarını da yanlarında aparırlar. Ümumilikdə almaniyadan 36 yeniyetmə çıxarılıb.

Qəzet özü geniş araşdırma aparıb. Belə ki, jurnalistlərdən biri Almaniyada mbövcud olmayan bir gənc müsəlman qadın adından elan verir. Guya həmin xanım radikal islamı dəstəkləyir və qadınlara hətta valideynlərinin iradəsinin əksinə belə olsa, İŞİD-ə qoşulmaq üçün çağırış edir. Nəticədə uydurma personajla Suriyada döyüşən bir neçə əsl terrorçu və Berlindən bir gənc əlaqə saxlayır. Bu adam yazışmalarda Almaniyadan Suriyaya müharibəyə getməyə hazırlaşdığını və getməzdən əvvəl evlənmək istədiyini bildirir. Bununla əlaqədar o, «nişanlısına» bəzi suallar da verir, məsələn, ətirdən istifadə edirmi, yaxud rübənd örtürmü.

Əlaqə redaksiyanın qərarı ilə kəsilir.

«Sosial şəbəkələrdə bu yöndə evlilik təklifləri çox olur və onlar tez işə keçirlər, bir çox terrorçular ailə qurmaq istəyir», - deyə nəşr yazır.

Geri dön