Ana Sayfa > Xəbər > “Veysəloğlu” şirkəti qiymətləri qaldırmaq üçün hansı yollara əl atır? – ŞİKAYƏT
“Veysəloğlu” şirkəti qiymətləri qaldırmaq üçün hansı yollara əl atır? – ŞİKAYƏT23-06-2015, 18:19. Yazar: admin |
Bir neçə gün əvvəl Aran Qarabağ rayonlarında fəaliyyət göstərən topdansıtış məntəqələrinin bir neçə rəhbəri redaksiyamıza müraciət edərək Azərbaycanın qida sektoru bazarında önəmli yerlərdən birinə sahib olan “Veysəloğlu” Şirkətlər Qrupunun qanunsuz monopoliya yaratmağa çalışmasından şikayətlənmişdi. Həmin yazıda göstərilirdi ki, Veysəloğlu Satış və Distribütor Şirkəti öz müştərilərinə açıq təzyiqlər edir. Qeyd edək ki, həmin yazıdan sonra şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə redaksiyamıza zəng edərək yazılanların həyqiqətə uyğun olmadığını bildirmişdi. Biz İlham Məmmədzadənin fikrinə hörmətlə yanaşsaq da, qeyd etməliyik ki, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri bizi yalan məlumat yaymaqda günahlandırsa da, digər qaynaqlar da məlumatın doğru olduğunu təsdiqlədilər. Dünən Salyan raylnunda fəaliyyət göstərən «Ay İşığı» marketinin sahibi Məmməd Cəfərli və Şirvan şəhərində fəaliyyət göstərən «Nyustor» supermarketinin sahibi Hikmət Quliyev redaksiymızla əlaqə saxlayraq bir neçə gün əvvəl yayımladığımız məlumatı təsdiqlədilər və eyni zamanda şirkətin onlara qarşı tətbiq etdiyi təzyiqlərin açıq bazar prinsipinə yad olduğunu qeyd etdilər. Əməkdaşımızla söhbətində Salyan raylnunda fəaliyyət göstərən «Ay İşığı» marketinin sahibi Məmməd Cəfərli bildirdi ki, o, 15 ildən artıqdır ki, “Veysəloğlu” şirkəti ilə əməkdaşlıq edir: “Bu müddət ərzində də heç bir şikayəti olmayıb. “Veysəloğlu” şirkəti digər şirkətlər kimi onlarla uzun müddətli kredit əsasında çalışıb və bu əməkdaşlıqdan hər iki tərəf həmişə razı qalıb. Amma manatın devalvasiyasından sonra hər şey dəyişdi”. Məmməd Cəfərlinin sözlərinə görə, manatın devalvasiyasından sonra şirkət qiymətləri bir neçə dəfə qaldırmağa cəhd eləyib. Lakin hökümətin sərt tədbir görəcəyindən ehtiyatlanaraq bu işi sakit şəkildə həyata keçirməyə çalışıb. Belə ki, şirkətin Cənub bölgəsi üzrə Satış və Distribütor rəhbəri Pənah Hüseynov onlardan tələb edib ki, uzun müddətli krediti saxlamaq üçün qiymətlər qaldırılacaq. Əks təqdirdlə isə kreditlərə son veriləcək. Sahibkar Məmməd Cəfərli bildirir ki, onlar Pənah Hüseynovun bu tələbinə rədd cavabı verdikdən sonra Pənah Hüseynov uzun müddətli kreditləri dayandırıb. Bundan sonra isə marketin daxili işinə qarışaraq rəflərin düzülüşünün dəyişdirilməsini istəyib. O tələb edib ki, digər şirkətlərin malları rəflərdən qaldırılımalı və “Veysəloğlu” şirkətinin malları gözəgəlimli yerlərdə rəflərə düzülməlidir: ” Bu tələbi də rədd olunduqdan sonra Pənah Hüseynov bizimlə çalışmaqdan imtia etdi və mallarını marketimizdən yığışdırıb apardı”. Sahibkar Məmməd Cəfərli onu da qeyd etdi ki, hazırda onlar “Veysəloğlu” şirkətinin mallarını satmırlar. Daha doğrusu ancaq cüzi miqdarda və malın pulunu da əvvəlcədən alırlar. Alıcıların həmin mallara da təlabatının olması üzündən çətinlik yaşayırlar. Çünki daimi alıcıları başqa marketlərə üz tutmalı olurlar. Məmməd Cəfərli hesab edir ki, bu yolla Pənah Hüseynov rayonda “Veysəloğlu” şirkətinin monopoliyasını yaratmağa çalışır. Qeyd edək ki, eyni sözləri Şirvan şəhərində fəaliyyət göstərən «Nyustor» supermarketinin sahibi Hikmət Quliyev də təkrar edib. Hikmət Quliyevə də şirkətin Cənub bölgəsi üzrə Satış və Distribütor rəhbəri Pənah Hüseynov təzyiqlər edir və uzun müddətli əməkdaşlığa baxmayaraq, qiymətləri qaldırmaq, bu olmasa, yalnız “Veysəloğlu” şirkətinin mallarını satmağı tələb edir. Qeyd edək ki, şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə ilə əlaqə saxladıq və o bir saat müddətində məsələni araşdırıb bizə məlumat verəcəyini bildirdi. Təqribən iki saatdan sonra İlham Məmmədzadə bildirdi ki, hər iki ticarət obyektinin onlara borcu olduğu üçün həmin marketlərə mal verilmir. Geri dön |