Ana Sayfa > Xəbər > “Qısa geyinən müğənnilərə 5-10 min verirlər...”

“Qısa geyinən müğənnilərə 5-10 min verirlər...”


17-03-2015, 13:26. Yazar: admin
“Qısa geyinən müğənnilərə 5-10 min verirlər...”
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) “Salam Azərbaycan” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, xalq artisti kişi müğənnilərə iradını bildirib:

“Mən yetim-yesirin toyuna gedəndə pul alımıram. Beş dənə maşınları olanlar da, məni toya çağıranda ağlayır. Qısa geyinən müğənnilərə isə 5-10 min verirlər. 80-cı illərdə cins şalvar geyinirdim, saçımı uzadırdım. Bu yaşımda başıma qırmızı rəng qoya bilmərəm. O biri müğənnilərə Hollandiyaya gedib-gəlirlər və özlərini onlara bənzətmək istəyirlər. Cavanlara demək istəyirəm ki, imkan versinlər ki, saçları ağarsın. Saç rəngləməklə məşhur olmaq olmur. Millətin gözü güzgüdür. Bəzi qadın müğənnilər isə üz-gözünü bəzəməsə, meymuna oxşuyur”.

Geri dön