Ana Sayfa > Xəbər > 1 baş inək alan şəxs AXTARIŞDA

1 baş inək alan şəxs AXTARIŞDA


17-03-2015, 13:00. Yazar: admin
1 baş inək alan şəxs AXTARIŞDA
Tovuz sakinindən bir baş inək alan şəxs axtarışdadır. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, cari il fevral ayının 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən bazarda naməlum şəxs Mülkülü kənd sakini Nazim İbrahimovdan 1 baş inək alıb.
Ödəniş kimi isə ona 14 ədəd eyni nömrəli 50 manatlıq saxta əskinas verib. Faktla əlaqədar Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Geri dön