Ana Sayfa > Xəbər > Ermənilərin Qarabağ təxribatı
Ermənilərin Qarabağ təxribatı17-03-2015, 12:48. Yazar: admin |
Sosial şəbəkələrdə Emil Arzangulyan adlı şəxs tərəfindən Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsində doğum yerinin “Dağlıq Qarabağ” göstərildiyi barəsində məlumat verilib. Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə bildirib ki, nazirlik tərəfindən verilmiş təlimat əsasında Azərbaycan Respublikasının Rusiya Federasıyasındakı Səfirliyi bununla əlaqədar Rusiya Xarici İşlər və Daxili İşlər Nazirliklərinə müraciət edib. Rusiya Xarici İşlər Nazirliyindən daxil olmuş notada Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyi və münaqişənin həlli çərçivəsində üzərinə götürdüyü öhdəliklərə davamlı şəkildə sadiqlik nümayiş etdirdiyi qeyd olunur. E.B.Arzangulyan tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatın heç bir halda Rusiya Federasiyasının bu məsələ ilə əlaqədar rəsmi mövqeyinə aidiyyəti olmadığı vurğulanır. Notada həmçinin, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 365 nömrəli 13 may 2009-cu il tarixli əmri ilə təsdiq olunmuş Rusiya Federasiyasında sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi haqqında qaydalara müvafiq olaraq, sürücülük vəsiqələrinin doğum yeri adlı bölməsində daha böyük inzibati-ərazi vahidinin adının qeyd olunduğu barəsində məlumat verilir. Notada E.B.Arzangulyanın müəyyən edildiyi kimi Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) anadan olduğunu nəzərə alaraq, onun sürücülük vəsiqəsində qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi ilə ASSR-in DQMV-nin nəzərdə tutulduğu bildirilir. Geri dön |