Ana Sayfa > Xəbər > Qazaxıstan: 19 illik həsrətə son qoyuldu

Qazaxıstan: 19 illik həsrətə son qoyuldu


22-06-2015, 16:02. Yazar: admin
Qazaxıstan: 19 illik həsrətə son qoyuldu
Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul olunub.

Report xəbər verir ki, bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.

Məlumata görə, bununla bağlı ölkə prezidenti Nursultan Nazarbayev Qazaxıstan vətəndaşlarına müraciət edib.

O deyib ki, 19 il sürən davamlı danışıqlar ÜTT-yə üzvlüklə nəticələnib:

"Bu gün Cenevrədə İşçi Qrupun yekun iclasında Qazaxıstanın ÜTT-yə üzv qəbul olunması elan edilib. Bu bizim üçün tarixi hadisədir. Qazaxıstan ÜTT-nin 162-ci üzvü oldu. Dünyanın iqtisadi gücləri ölkəmizin sərmayə qoyulması üçün əlverişli şəraitin, beynəlxalq hüququn normalarına uyğun ticarət siyasətinin olduğunu etiraf edib".

Geri dön