Ana Sayfa > Xəbər > Mer iclasa gecikdi - dava düşdü

Mer iclasa gecikdi - dava düşdü


17-03-2015, 12:23. Yazar: admin
Mer iclasa gecikdi - dava düşdü
Türkiyənin Manisa vilayətində bələdiyyə iclası zamanı Ədalət və İnkişaf Partiyasının (AKP) tərəfdarları ilə Milliyyətçi Xalq Partiyasının (MHP) tərəfdarları arasında dava olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, davanın yaranmasına səbəb Manisa meri Çingiz Ərgünün iclasa gecikməsi olub. AKP-nin nümayəndəsi Zülfiqar Gürcan merin əvəzinə iclası açıq elan istəsə də, MHP-lilər onun çıxışına əngəl olublar.

Tərəflər arasındakı söz qalmaqalı sonra yumruq davasına çevrilib. İclasa qatılan fəallar və cangüdənlər gərginliyi çətinliklə yatıra biliblər.

Geri dön