Ana Sayfa > Xəbər > Məzahir Cəfərovun müəmmalı intiharı üzrə cinayət işi BAŞLADI

Məzahir Cəfərovun müəmmalı intiharı üzrə cinayət işi BAŞLADI


22-06-2015, 12:07. Yazar: admin
Məzahir Cəfərovun müəmmalı intiharı üzrə cinayət işi BAŞLADI
Nazim İbrahimovun qaynı Məzahir Cəfərovun özünü asması faktı üzrə Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

Hafta.az-ın məlumatına görə, iş, Cinayət Məcəlləsinin 125-ci ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə aparılır.

Xatırladaq ki, Hafta.az-a daxil olan son məlumata görə, 1964-cü il təvəllüdlü Məzahir Cəfərov yaşadığı evin blokunda asılı vəziyyətdə tapılıb. Həmin gün mərhumun ailəsi Qəbələ rayonunda olub. Meyitin blokda tapılması faktına görə ehtimal olunur ki, Cəfərov özünü asmayıb. Onu asıblar.

Mənbə bildirir ki, M.Cəfərov Nazim İbrahimovun qardaşı Sahil İbrahimov və imişlili İlham adli biri ilə şərik işləyib. Son zamanlar isə aralarında ciddi münaqişələr yaranıbmış.

Mərhumun yaxınları isə ilkin olaraq 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun intiharına ağır xəstəlikdən irəli gələn psixoloji durumun səbəb olduğunu göstəriblər.

Geri dön