Ana Sayfa > Xəbər > Pakistanda anomal istilər 130-dan çox insanın ölümünə səbəb oldu

Pakistanda anomal istilər 130-dan çox insanın ölümünə səbəb oldu


22-06-2015, 11:57. Yazar: admin
Pakistanda anomal istilər 130-dan çox insanın ölümünə səbəb oldu
Pakistanın Karaçi şəhərində istilər nəticəsində ən az 136 nəfər ölüb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, bazar günü havanın temperaturu 45 dərəcəyə kimi yüksəlib. Ceykoabad, Larkan və Sukkur dairələrində isə 48 dərəcə isti qeydə alınıb. Sinoptiklər yaxın 2 gün ərzində isti havanın davam edəcəyini bildirir.

Bu il Pakistanın cənub rayonlarında isti hava şəraitinin Ramazan ayına təsadüf etməsi və ölkədə elektrik enerjisinin saatlarla kəsilməsi vəziyyəti daha da ağırlaşdırır.

Geri dön