Ana Sayfa > Xəbər > Bakı polisindən narkotik əməliyyatı

Bakı polisindən narkotik əməliyyatı


17-03-2015, 11:47. Yazar: admin
Bakı polisindən narkotik əməliyyatı
Bakı polisi qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat həyata keçirib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi (RPİ) Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Elman Mikayıl oğlu Mirzəyevdən 485 qram marixuana aşkar olunaraq götürülüb.

Xəzər RPİ 1-ci Polis Bölməsi (PB) və 2-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Zirə qəsəbəsi Babayev küçəsində yaşayan 1986-cı il təvəllüdlü İntiqam Adil oğlu Əliyevin həyətyanı sahəsində yerləşən istixanadan çəkisi 5,26 qram olan marixuana kolu və evin zirzəmisindən 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Analoji əməliyyat paytaxtın Nizami rayonunda da həyata keçirilib. Nizami RPİ Narkotiklə Mübarizə Bölməsi və 23-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Samir Rafiq oğlu Tahirzadədən 455 qram həşiş qətranı və 501,770 qram heroin aşkar olunaraq götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Geri dön