Ana Sayfa > Xəbər > Sünnət toyunda içib kefləndi, dostunun qanını tökdü
Sünnət toyunda içib kefləndi, dostunun qanını tökdü19-06-2015, 16:30. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakini, 26 yaşlı Rəhim Nəbiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 24-ə təyin olunub. Qeyd edək ki, Rəhim Nəbiyev iş yoldaşı Ənvər Qəniyevə bıçaqla xəsarət yetirməkdə təqsirli bilinir. Hadisə 29 sentyabr, 2014-cü ildə “Qara Qarayev” metrostansiyası yaxınlığında baş verib. Ağır dərəcəli xəsarət almış yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hadisəni törətməkdə şübhəli bilinən Rəhim Nəbiyev isə Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirmə zamanı törətdiyi cinayət əməlini etiraf edən Rəhim Nəbiyev ifadəsində göstərib ki, iş yoldaşının oğlunun kiçik toy mərasimində iştirak etmək üçün qonaqlığa gedib. Toyda Rəhim Nəbiyevlə Ənvər Qəniyevin sözləri düz gəlməyib. Şadlıq evində sərxoş olan iş yoldaşları mübahisəni sakitliklə yoluna qoyublar. Toydan çıxandan sonra Rəhim Nəbiyevlə Ənvər Qəniyev arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı R.Nəbiyev iş yoldaşına bıçaqla zərbə endirib. Bıçaqladığı iş yoldaşı küçədə qoyub gedən R.Nəbiyev törətdiyi əməldən peşman olduğunu bildirib. Geri dön |