Ana Sayfa > Xəbər > İlham Əliyev Dəmirəllə bağlı xatirə kitabına belə yazdı - FOTO
İlham Əliyev Dəmirəllə bağlı xatirə kitabına belə yazdı - FOTO19-06-2015, 13:20. Yazar: admin |
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin binasına gedərək Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin xatirəsinə açılmış başsağlığı dəftərini imzalayıb. Səfirlikdən Modern.az-a verilən məlumata görə, İ.Əliyev Anadolu Agentliyi və Azərbaycan Dövlət Telegraf Agentliyinin (AzerTAC) ortaq hazırladığı “Heydər Əliyev foto sərgisi”nə də baxıb. Prezident başsağlığı dəftərinə bunları yazıb. “ Görkəmli dövlət xadamı və ictimai-siyasi xadim, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfat etməsi xəbəri məni olduqca kədərləndirdi. Bütün həyatı və fəaliyyətini doğma Türkiyənin rifahına həsr edən Süleyman Dəmirəl XX əsrin ikinci yarısından başlayaraq dünya siyasətində, beynəlxalq birliyin taleyüklü qərarlarının qəbul edilməsində, dünyada baş verən irimiqyaslı proseslərin siyasi həllində yaxından iştirak etmişdir. Türk dünyasının birliyi və həmrəyliyi naminə fədakarlığı ilə Süleyman Dəmirəl, geniş coğrafi məkanda yerləşən türkdilli xalqlar və dövlətlər arasında sıx əlaqələrin yaradılmasına, əməkdaşlığın dərinləşməsinə böyük töfhələr vermişdir. Süleyman Dəmirəl, Azərbaycan xalqının əsl dostu idi. Azərbaycana qəlbən bağlılığı, Süleyman Dəmirəlin müstəqilliyimizə əvəzsiz dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində milsilsiz xidmətlərində öz ifadəsini tapmışdır. Qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində heç şübhəsiz, Prezident Heydər Əliyevlə Süleyman Dəmirəl arasında təşəkkül tapmış dostluq və qardaşlıq əlaqələrinin milsiz rolu olmuşdur. Süleyman Dəmirəlin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Allah rəhmət etsin!”. Geri dön |