Ana Sayfa > Xəbər > Topaz ABŞ-da həbs olundu - İŞİD-lə əlaqəyə görə
Topaz ABŞ-da həbs olundu - İŞİD-lə əlaqəyə görə19-06-2015, 11:42. Yazar: admin |
ABŞ-ın Nyu-Cersi ştatının sakini İŞİD-lə əlaqəli bilinərək, həbs olunub. Avropa.info xəbər verir ki, Topaz familiyalı 21 yaşlı Semuyel Raxamin “İslam dövləti”nə maddi yardım göndərməkdə günahkar bilinir. İstintaq hesab edir ki, Topaz Nyu-Cersidə yaşayan daha iki İŞİD-çi ilə əlaqəli olub.Lakin onlardan biri ABŞ-ı tərk edə bilib, digəri həbs olunub. Topaz ölkəni tərk etmək üçün aviabilet də alıbmış. Təhlükəsizlik orqanları ölkədən çıxmamış onu saxlayıblar. Bəzi məlumatlara görə, Suriya və İraqda yüzlərlə ABŞ vətəndaşı döyüşür. Geri dön |