Ana Sayfa > Xəbər > Avropa və Rusiya bir-birini sanksiya ilə hədələyir
Avropa və Rusiya bir-birini sanksiya ilə hədələyir18-06-2015, 18:23. Yazar: admin |
Avropa İttifaqı (Aİ) iyunun 22-də Rusiyaya qarşı tətbiq eydiyi sanksiyaları daha 6 ay uzadacaq. Anspress-in məlumatına görə, bu məsələ ilə bağlı Rusiya tərəfi atacağı addımları açıqlayıb. Ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib ki, Avropa İttifaqı sanksiyaları uzatsa, Moskva Aİ ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalına qoyulmuş embarqonu genişləndirəcək. O, mətbuata verdiyi müsahibəsində Rusiyanın Avropa İttifaqından digər məhsulların da idxalına embarqo qoymasının mümkünlüyünə toxunub və bunun ağılabatan olmadığını söyləyib. Xatırladaq ki, Qərb bu sanksiyaları Rusiyanın ötən il Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edib. Moskva ötən il ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalara cavab olaraq Avropa İttifaqı, ABŞ və bir sıra ölkələrdən süd, ət, balıq və meyvə-tərəvəz idxalına qadağa qoyub. Geri dön |