Ana Sayfa > Xəbər > Avropa komissarı: "TAP - reallıqdır"
Avropa komissarı: "TAP - reallıqdır"17-03-2015, 11:00. Yazar: admin |
Avropa İttifaqı (Aİ) Rusiya enerji daşıyıcılarından asılılığı azaltmaq üçün mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü və saxlanılması strategiyası, o cümlədən yeni qaz boru xətlərinin tikintisi üzərində işləyir. “APA-Economics”in məlumatına görə, bunu Madriddə baş tutan və Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) tikintisinə həsr olunan görüş zamanı Energetika məsələləri üzrə Avropa Komissarı Migel Arias Kanyete deyib. “TAP - reallıqdır. Artıq Yunanıstan və İtaliyada ətraf mühitlə bağlı problemlər həll olunub, müvafiq icazələr alınıb... Marşrutların və tədarükçülərin diversifikasiyası yeni yaradılacaq Enerji İttifaqının prioriteti olmalıdır”, - deyə o bildirib. Avropa Komissarı qeyd edib ki, Aİ-nin üzvü olan 28 ölkədən 6-sı tam şəkildə Rusiya qazından asılıdır. Görüş zamanı qeyd olunub ki, Aİ potensial qaz tədarükçüləri olan Əlcəzair, Azərbaycan, Türkmənistan, Türkiyə, o cümlədən Afrika və Yaxın Şərq ölkələri ilə sıx əməkdaşlıq etmək niyyətindədir. “Bununla yanaşı, biz ABŞ və digər ölkələrdən LNG tədarükündə yaranan maneələri də aradan qaldıracağıq”, - deyə M. Kanyete bildirib. Geri dön |