Ana Sayfa > Xəbər > “Azərbaycana qızıl borcum var”- Fəridə
“Azərbaycana qızıl borcum var”- Fəridə18-06-2015, 17:55. Yazar: admin |
Taekvando üzrə qadınlar arasında 67 kq çəki dərəcəsində finala yüksələn Fəridə Əzizova qızıl medal qazanmaq istədiyini bildirib. O, "Qafqazinfo"ya açıqlamasında azarkeşlərə dəstəyə görə təşəkkür edib: “İlk görüşüm bir az çətin keçdi. Çünki rəqibimi tanımırdım. İkinci görüşdə isə qarşılaşdığım türk idmançısı Nur Tatarla aramızda həm dostluq münasibətləri var, həm də qardaş ölkə təmsilçisidir. Onunla görüşdə də çətinliklə üzləşdim. Çünki Nur Tatar həm Olimpiya, həm dünya ikincisi, həm də Avropa çempionudur. Yarımfinaldakı rəqibim isə digərlərinə nisbətən asan rəqib idi. Çünki Elin Yohansen fiziki cəhətdən zəif rəqib idi. Həm də bu idmançı ilə çox görüşmüşük və bir-birimizi yaxşı tanıyırıq. Nur Tatar kimi idmançını məğlub etdiyim üçün yarımfinaldakı görüşdə özümü daha sərbəst hiss edirdim. Mənim vətənimdə məğlub olmaq fikrim yoxdur. Həm də sevinirəm ki, finala çıxmaqla Nur Tatara da medal qazanmaq üçün şans yaratdım. Azarkeşlərə də təşəkkür edirəm. Biz döşəyə çıxanda bizi elə dəstəkləyirlər ki, yaxşı mənada həyəcanlanırıq. Elə bir vəziyyət yaranır ki, bütün xalqın gücünü özümüzdə hiss edirik və sanki biz qalibik. Çalışacam ki, finalda daha yaxşı oynayıb Azərbaycanın hesabına bir qızıl da əlavə edək. Çünki mən buna borcluyam”. Geri dön |