Ana Sayfa > Xəbər > Moskva embarqonu uzatmaqla hədələyir
Moskva embarqonu uzatmaqla hədələyir18-06-2015, 15:28. Yazar: admin |
“Avropa Birliyi sanksiyaları uzatsa, Moskva birlik ölkələrindən kənt təsərrüfatı məhsullarının idxalına qoyulmuş embarqonu genişləndirəcək”. Bunu Rusiyanın iqtisadi inkişaf naziri Aleksei Ulyukayev iyunun 18-də RİA Novostiyə müsahibəsində deyib. Rusiyanın Avropa Birliyindən digər məhsulların da idxalına embarqo qoymasının mümkünlüyünə gəldikdə isənazir bunun ağılabatan olmadığını deyib. Moskva ötən il ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalara cavab olaraq Avropa Birliyi, ABŞ və bir sıra ölkələrdən süd, ət, balıq və meyvə-tərəvəz idxalına embarqo qoyub. Qərb bu sanksiyaları Rusiyanın ötən il Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edib. Avropa Birliyinin iyunun 22-də bu sanksiyaları daha 6 ay uzadacağı gözlənilir. Geri dön |