Ana Sayfa > Xəbər > Fəzail Ağamalı Azadlıq radiosundan imtina etdi...
Fəzail Ağamalı Azadlıq radiosundan imtina etdi...18-06-2015, 15:20. Yazar: admin |
Moderator.az xəbər verir ki, millət vəkili Fəzail Ağamalı son dövrlərdə “Azadlıq”radiosunun antiAzərbaycan kampaniyasında aktiv iştirakına və Azərbaycan əleyhinə fəaliyyət göstərməsinə etiraz olaraq bu radio ilə əməkdaşlıq etməkdən imtina edib. Bu barədə Moderator.az-a millət vəkili özü deyib. O bildirib ki, bir zamanlar 1980-1990-cı illərin əvvəllərində bu radioya daha çox qulaq asır və Azərbaycanın haqq səsini dünyaya çatdıran bir KİV orqanı kimi baxıb: “Müstəqillyimizin ilk illərində də bu radio öz simasını qoruyub saxlamağı bacardı. Ancaq zaman keçdikcə radio anit-Azərbaycan mövqeyi tutaraq ölkəmizə qarşı qərəzli mövqedən çıxış etməyə başladı. Əgər əvvəllər bunun səbəbini başqa bir cür anlayırdımsa, zaman keçdikcə bu radionun davalı olaraq Azərbaycan dövlətçiliyinə qarşı apardığı qərəzli kampaniyanın məqsədyönlü antiAzərbaycan qüvvələr tərəfindən həyata keçirildiyinin şahidi oldum.” F.Ağamalı bildirib ki, bütün bunları nəzərə alaraq artıq bu radio ilə hər hansı formada əməkdaşlıqdan imtina etmək qərarına gəlib. Geri dön |