Ana Sayfa > Xəbər > Hacı Əliyev yarımfinalda - 3 güləşçimiz isə uduzdu

Hacı Əliyev yarımfinalda - 3 güləşçimiz isə uduzdu


18-06-2015, 12:28. Yazar: admin
Hacı Əliyev yarımfinalda - 3 güləşçimiz isə uduzdu
Bu gün Bakı-2015 1-ci Avopa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışına yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, yarışın yeddinci günündə 4 çəki dərəcəsində yarışlar baş tutacaq.


Milli komandamızın 4 idmançısı da bu gün meydana çıxacaq.

İlk olaraq xalça üzərinə 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev ayaq basacaq. O, erməni Franqulyan Valodya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 10:49-də başlayacaq.

70 kq çəki dərəcəsində Ruslan Dibirqac xalçaya çıxacaq. Onun rəqibi hələlik bəlli deyil.

86 kq-da Nurməhəmməd Hacıyev bolqarıstanlı Georgi Sredkov ilə üz-üzə gələcək. Bu qarşılaşma 10:56-da başlayacaq.

125 kq çəkidə isə Cəmaləddin Məhəmmədov mübarizəyə qoşulacaq. O, litvalı Rudaviçius Conasla qarşılaşacaq. Görüş 10:21-də start götürəcək.

Qeyd edək ki, Hacı Əliyev 61 kq çəkidə Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyana qalib gələn Yaşar Əliyevin qardaşıdır.

***

Cәmalәddin Məhəmmədov litvalı idmançıyla mübarizəyə başladı və idmançımız 4-0 udur. İdmançımız 10-0 təmiz qələbə ilə 1/8 finala vəsiqə qazandı.

***

86 kq-da Nurməhəmməd Hacıyev bolqarıstanlı Georgi Sredkov ilə mübarizə aparır və 6-1 irəlidədir. Hesab 8-2-dir. İdmançımız 14-2 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

***

125 kq Cəmaləddin Məhəmməd 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşır və 3-0 uduzur. İdmançımız 5-2 hesabı ilə uduzdu.

***

Nurməhəmməd Hacıyev rusiyalı Abdulrəşid Sadulaev ilə qarşılaşır və 11-1 hesbaı ilə uduzdu.

***

70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev polşalı Maqomedmurad Hacıyevlə güləşir və Ruslan da polşalı rəqibinə 7-2 məğlub olub.

***

Hacı Əliyev növbəti görüşünə çıxır. O, slovakiyalı Mikola Balotnyukla görüşür və 11-0 təmiz qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Geri dön