Ana Sayfa > Xəbər > Bahar Muradova: “Putinin sözlərində həqiqət var”
Bahar Muradova: “Putinin sözlərində həqiqət var”18-06-2015, 12:16. Yazar: admin |
“Rusiya prezidenti Vladimir Putinin Avropa Oyunlarının açılış mərasimində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana qarşı “siz burada bütün Avropanı təmsil etdiniz” ifadəsini işlətməsində böyük bir həqiqət var”. Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Vitse-spiker Rusiya prezidentinin Türkiyənin ünvanına səsləndirdiyi həmin fikirə münasibət bildirib. O, qeyd edib ki, Avropa vətandaşlarının çox hissəsini türklər təşkil edir: “Bu fikri söyləyərkən Putinin nəyi nəzədə tutduğunu özü daha yaxşı bilər. Əgər biz bu fikrə məntiqi nöqteyi-nəzərdən yanaşsaq, bunun doğru olduğunu görə bilərik. Çünki bu gün bütün Avropa ölkələrinin əsas vətəndaşlarının, işçi qüvvəsinin müəyyən hissəsini türklər təşkil edir. Həm də Türkiyə çox qədim demokratik ənənəyə sahib olan ölkədir. Türkiyə Avropa və dünya dövlətlərinin cəmləşdiyi beynəlxalq təşkilatların üzvüdür. Buna görə də hesab edirəm ki, cənab Putinin sözlərində həqiqət var”. Qeyd edək ki, Avropa Oyunlarının açılış mərasimindən sonra Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Bakıda bağlı qapılar arxasında görüş keçirib. Görüş zamanı Ərdoğan vurğulayıb ki, Avropa Oyunlarının açılış mərasiminə Avropa İttifaqı (Aİ) liderlərindən heç kim gəlməyib. “Avropa İttifaqına daxil olmaq istəyən namizəd kimi Türkiyə mərasimdə bütün Aİ-ni təmsil edib”, - deyə Putin Ərdoğana cavab verib. Geri dön |