Ana Sayfa > Xəbər > Silahsız fələstinli qəddarcasına belə döyüldü VİDEO

Silahsız fələstinli qəddarcasına belə döyüldü VİDEO


18-06-2015, 11:54. Yazar: admin
Silahsız fələstinli qəddarcasına belə döyüldü VİDEO
FaktXəbər-in verdiyi məlumata görə, İordan çayının Qərb sahilində Ramalla şəhərində sionist rejim əsgərləri isə yerli sakinlər arasında qarşıdurma yaşanıb. İnternetəç israil əsgərlərinin silahsız fələstinlini yerə yıxaraq onu döyməsi barədə kadrlar yayılıb. Rejim isə vətəndaşların həbs olunmasına bəraət verib, qanunsuzluğun həyata keçirən əsgərlərə isə şərti cəza verməklə kifayətləniblər.

Zərərçəkənin atası Mahmud Əl-Qubasi deyir: «Biz Şadi ilə o, həbs olunandan bəri danışmamışıq və onun nə vəziyyətdə olduğundan xəbərimiz yoxdur. Əsgərlər qundaqla onun başından və kürəyindən vurdular, sonra onu yerə yıxaraq təpikləməyə başladılar. Oğlum yerə yıxılanda üzünü yaralamışdı. Onu avtomobilinə basaraq apardılar. Daha sonra nələr baş verdiyindən xəbərimiz yoxdur».

«Şadi evə qayıtmazdan əvvəl cümə namazına hazırlaşırdı. Lakin bizi məktəbin yaxınlığındakı nəzarət buraxılış məntəqəsində saxladılar. İsrail işğalçı qüvvələri tez-tez yolları bağlayırlar, xüsusən də cümə günləri. Və insanları evə buraxmırlar. Qarşıdurma yarananda rejim əsgərləri gözyaşardıcı qazdan istifadə edirlər, bu səbəbdən biz övladlarımızı qorumaq üçün pəncərələri bağlayır və evdən bayıra çıxmırıq», - deyə həbs olunan gəncin qonşusu Murah Hüseyn bildirib.


Geri dön