Ana Sayfa > Xəbər > Azərbaycanda vətəndaşlar hansı banklara güvənə bilər? - ŞƏRH
Azərbaycanda vətəndaşlar hansı banklara güvənə bilər? - ŞƏRH17-06-2015, 17:09. Yazar: admin |
Azərbaycanda bank sektorundakı gərginlik davam edir. Bəs ölkə vətəndaşları hazırkı şəraitdə hansı banka etibar etməlidirlər. Məsələ ilə bağlı Hafta.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb. Ekspertin sözlərinə görə, vətəndaş banklara müraciət edərkən iki nüansı diqqətdə saxlamalıdır: “İlk olaraq qeyd edim ki, artıq ötən ilin sonlarından başlayaraq, banklarda aktivlərin sayı azalır. Bir çox hallarda əmanətçilər öz əmanətlərini xarici valyutaya və ya digər investisiya alətinə çevirməyə üstünlük verirdilər ki, bu da fevral ayından etibarən sürətlənib. Nəticədə isə banklarda əmanətlər azalıb. Bir neçə banklarda problemlərin olması haqqında mətbuatda da ciddi məlumatların getməsi, insanların bu məsələ ilə bağlı narahatlığına səbəb oldu”. Ekspert bildirib ki, bankların hansının daha etibarlı olması ilə bağlı fikir yürütməzdən öncə əmanətçilər qaydalarla tanış olmalıdırlar: “Prinsip etibarilə hər hansı bankda sığorta agentliyi tərəfindən əmanətçinin sığortası olarsa, bu ona bir çox üstünlüklər verir. Hətta gələcəkdə bank müflis olarsa, yaxud da digər problemlər ortaya çıxdığı təqdirdə, sığortanın köməkliyi ilə o öz əmanətlərini geri qaytara bilər. Bu baxımdan bank seçməmişdən öncə müqavilələrə diqət etmək lazımdır. Bugünkü qanunvericiliyə görə, manatla olan əmanətlərdə 12 faizə və 30 min manata qədər əmanətlərin sığortalanması mümkündür. İlk növbədə buna baxmaq lazımdır. İkinci növbədə təbii ki, dövlətin birbaşa iştirakı olan, yaxud da ciddi xarici partnyorları olan banklara əmanətçilər etibar edə bilərlər”. Geri dön |