Ana Sayfa > Xəbər > 18 mağazada saxtakarlıq

18 mağazada saxtakarlıq


16-03-2015, 18:00. Yazar: admin
18 mağazada saxtakarlıq
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, eləcədə Samux, Goranboya, Qusar, Masallı və Oğuz rayonlarında yerləşən 18 mağazada yoxlama aparılıb.

Nazirlikdən ANS PRESS-ə bildirilib ki, Bakının Sabunçu rayonunda, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsi, 18 ünvanında Şahin Əliağaya məxsus mağazada; Nizami rayonunda, Q.Qarayev prospekti, 94 ünvanında Mərdan Əliyevə məxsus mağazada; N.Abdullayev küçəsi, 4/41 ünvanında Gülnar Nəsirovaya məxsus mağazada; Sumqayıt şəhərində, 13-cü mikrorayonda İxtiyar Yaqnaliyevə məxsus mağazada; Mingəçevir şəhərində, H.Əliyev prospekti ilə Xətai küçəsinin kəsişməsində Gözəl Qasımovaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar üzə çıxıb.

Bakının Suraxanı rayonunda, Qaraçuxur qəsəbəsində Ceyhun Alıyevə məxsus mağazada; Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində Nuranə Şirinovaya məxsus mağazada; Sumqayıt şəhərində
40-cı məhəllə, H.Əliyev prospekti, 62A ünvanında Famin Rəhimova məxsus mağazada; 11-ci mikrorayon, Koroğlu küçəsində Çimnaz Məcidovaya məxsus mağazada; 13-cü mikrorayon, 51B ünvanında Rəşad Abbasova məxsus mağazada; Gəncə şəhərində, Ə.Mehmandarov küçəsində Bayram Məmmədova məxsus mağazada; Samux şəhərində, Nəbiağalı küçəsində Ətayə Namazovaya məxsus mağazada; Goranboy rayonunda, Zeyvə kəndində Elvin Hüseynova və Hakim Göyüşova məxsus mağazalarda; Mingəçevir şəhərində Vəzirov küçəsi, 25 ünvanında Yunis Fərzəliyevə məxsus mağazada; Qusar rayonunda, Yasab kəndində Yaşar Xalidova məxsus mağazada; Massalıda, H.Aslanov küçəsində Bəhrəm Ağayevə məxsus mağazada; 20 Yanvar küçəsində Ceyhun Abdullayevə və Ülkər Məmmədova məxsus mağazalarda; Oğuzda, H.Əliyev prospektində Tahir Rəfiyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Geri dön