Ana Sayfa > Xəbər > “Monitorinqçilərin Azərbaycana ürəyi yanmır”

“Monitorinqçilərin Azərbaycana ürəyi yanmır”


16-06-2015, 15:18. Yazar: admin
“Monitorinqçilərin Azərbaycana ürəyi yanmır”
“Əgər istəsələr ən müsbət bir şeydən də mənfi situasiya yaradıb əleyhimizə çevirə bilərlər”.

Bunu Hafta.az-a açıqlamasında ATƏT-in Minsk Qrupunun növbəti monitorinqlərinə münasibət bildirərkən politoloq Araz Əlizadə deyib. Politoloq hesab edir ki, bu monitorinqlər də əvvəlkilər kimi əhəmiyyətsizdir:

“Onlar üçün həm iş yeridir, həm də gedib–gəlib özləri üçün kef çəkirlər. ATƏT monitorinqçilərinin Azərbaycan xalqına, qaçqınlarımıza heç bir istisi–soyuğu yoxdur. Heç nə də dəyişməyib. Monitorinqçilərin Azərbaycana ürəyi yanmır. Əgər istəsələr ən müsbət bir şeydən də mənfi situasiya yaradıb, əleyhimizə çevirə bilərlər. Xoşuna gələn ölkələrə “molodes” deyirlər, gəlməyənə isə dəvə dəyənəyi endirirlər. ABŞ istəyir ki, biz onların koloniyası olaq. Azərbaycan isə kölə dövlət olmaq istəmir”.

Xatırladaq ki, bu həftə ATƏT-in Minsk Qrupu təmas xəttində yeni monitorinqlərə başlayacaq. ATƏT-in bir neçə gün sonra başlayacaq yoxlamaları ilk monitorinq deyil. Onlar bu ilin yanvarından bəri artıq dörd dəfə bu missiyanı yerinə yetiriblər. ATƏT rəsmiləri əvvəlki monitorinqlər zamanı heç bir insidentin qeydə alınmadığını bildiriblər.

Geri dön