Ana Sayfa > Xəbər > Kürdlər Suriya-Türkiyə sərhədini nəzarətə götürdü
Kürdlər Suriya-Türkiyə sərhədini nəzarətə götürdü16-06-2015, 14:05. Yazar: admin |
Suriya kürdləri Türkiyə ilə sərhəddə yerləşən Tel-Abyad şəhərini tam nəzarət altına alıblar. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyters” agentliyi yayıb. Agentliyin məlumatına görə, bununla da kürd hərbi dəstələri 400 kilometrlik Suriya-Türkiyə sərhədinə tam nəzarəti bərpa ediblər. Qeyd edək ki, kürdlər ABŞ-ın Suriyadakı əsas müttəfiqi hesab edilir. Türkiyə hakimiyyəti isə buradakı kürdlərin özünü müdafiə dəstələrini PKK-nın bir hissəsi olduğunu vurğulayır və onlarla hər cür iş birliyindən yayınır. Geri dön |